“Kapital Bank”ın Azərbaycanda hər hansı bankı əldə etmək fikri yoxdur.
Bu barədə “Kapital Bank”ın İdarə Heyətinin sədri, baş icraçı direktoru Fərid Hüseynov bu gün keçirilən brifinqdə deyib.
Bankın sədri qeyd edib ki, növbəti 3 ildə xarici ölkələrdə bank təqdim etməyi planlaşdırmırlar: “Lakin xarici ölkələrdə fəaliyyət göstərən banklarla beynəlxalq əlaqələrimiz davam edir”.