Kino Agentliyinin Nizamnaməsi təsdiq edilib –FƏRMAN

Prezident İlham Əliyev Azərbaycan Respublikası Kino Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında Fərman imzalayıb.

Fərmana əsasən “Azərbaycan Respublikası Kino Agentliyinin Nizamnaməsi” təsdiq edilib.

Müəyyən ediib ki, Azərbaycan Respublikası Kino Agentliyinin (bundan sonra – Agentlik) nizamnamə fondu 100 min manat təşkil edir və dövlət büdcəsinin vəsaiti hesabına formalaşır.

Nazirlər Kabinetinə bu Fərmandan irəli gələn məsələləri həll etmək tapşırılıb.

Mədəniyyət Nazirliyi Agentlik dövlət qeydiyyatına alındıqdan sonra Agentliyin strukturunu, əməyin ödənişi fondunu, işçilərinin say həddini və onların əməkhaqlarının (vəzifə maaşının, vəzifə maaşına əlavələrin, mükafatların və digər ödənişlərin) məbləğini bir ay müddətində təsdiq etməli, bu Fərmandan irəli gələn digər məsələləri həll etməlidir.

Maliyyə Nazirliyi bu Fərmanın 2-ci hissəsində nəzərdə tutulan maliyyələşməni təmin etməlidir.

Əvvəlki məqalə

Rusiya XİN Polşanı üzr istəməyə çağırıb

Sonrakı məqalə

“Danışıqların nəticəsi döyüş meydanındakı gücdən asılıdır” –