ABŞ Ukraynaya 500 milyon dollarlıq yeni hərbi yardım paketi ayırır.
Azpost.info xəbər verir ki, bunu ABŞ prezidenti Co Bayden Kiyevdə prezident Vladimir Zelenski ilə keçirdiyi brifinqdə deyib.
“Bu gün elan edilən paketə HIMARS və haubitsalar üçün döyüş sursatı, daha çox Javelin raketləri, tank əleyhinə sistemlər, Ukrayna xalqını bombardmanlardan qorumaq üçün hava nəzarət sistemləri daxildir”, – Bayden bildirib.
Bayden Ukraynaya silah tədarükü ilə bağlı öhdəlikləri də sadalayıb – 700-dən çox tank, minlərlə zirehli texnika, min artilleriya sistemi, 2 milyondan çox artilleriya mərmisi və s.
ABŞ lideri ukraynalıların qələbə qazanacağına şübhə etmədiyini deyib.
Azpost.info