Kraliçanın ailə üzvləri Balmoral qəsrinə gəlib

Kraliçanın ailə üzvləri Balmoral qəsrinə gəlib.

APA-nın Britaniya bürosunun “Sky News“a istinadən xəbərinə görə, kraliçanın səhhətinin pisləşməsindən sonra ailə üzvlərindən Şahzadə Çarlz və Şahzadə Anne, Balmoral qəsrinə gəlib.

Kraliçanın digər ailə üzvlərindən Şahzadə Ulliam və Herri isə Şotlandiyanın Aberdin şəhərindən qəsrə doğru yola düşüblər.

Qeyd edək ki, bu gün Bukinqam Sarayı II Yelizavetanın səhhətinin pisləşdiyini, onun həkim nəzarətinə götürüldüyünü qeyd edib.

BBC telekanlı Kraliçanın Balmoralda tibbi nəzarət altında olduğunu elan etdikdən sonra müntəzəm proqram cədvəlini dəyişib.

O vaxtdan bəri kanal Kraliçanın səhhəti ilə bağlı xəbərlər yayımlayır.

Əvvəlki məqalə

Bakıda Azərbaycan-Rusiya regionlararası Forumu keçiriləcək

Sonrakı məqalə

Britaniya Kraliçası II Yelizaveta vəfat edib