Kukla Teatrında yoxlamanın müddəti uzadılıb

Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrında yoxlamanın müddəti uzadılıb.

APA-nın xəbərinə görə, yoxlama prosesinə əlavə mütəxəssislər cəlb edilib.

Qeyd edək ki, mədəniyyət naziri Anar Kərimovun noyabrın 18-də imzaladığı əmrlə Kukla Teatrında yoxlama başlayıb. Yoxlamanın noyabrın 25-də bitəcəyi gözlənirdi.

Əvvəlki məqalə

Çində 80 min çarpayılıq karantin mərkəzi tikilir

Sonrakı məqalə

İstanbul teraktının baş verdiyi ərazidə ictimai tədbirlərə qadağa qoyulub