Rusiyanın Kursk vilayətində sərhədyanı yaşayış məntəqələrinin 3 minə yaxın sakini Ukrayna silahlı qüvvələrinin hücumlarına görə təxliyə edilib.
Azpost.info xəbər verir ki, onların bəziləri müvəqqəti məskunlaşma mərkəzlərindədir.
Bu barədə qubernatorun müavini vəzifəsini icra edən Andrey Belostotski bildirib.
“Biz bütün əhalini təxliyə etdik. Bu, təxminən 3 min nəfərdir. Hazırda 1,5 min insan müvəqqəti yerləşdirmə mərkəzlərimizdə yerləşdirilib” – o deyib.
Azpost.info