Lənkəranda 15 yaşlı oğlan xəstəxanada anafilaktik şokdan ölüb- YENİLƏNİB

Dekabrın 22-də saat 22:15 radələrində 2008-ci il təvəllüdlü, Lənkəran rayonu Osakücə kənd sakini (cinsi kişi) “Kəskin respirator xəstəlik, hipertermiya, mədə-bağırsaq pozğunluğu” diaqnozu ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Təcili yardım şöbəsinə daxil olub.

Bu barədə TƏBİB-dən bildirilib.

Məlumata görə, zəruri ilkin tibbi xidmətlər göstərilib. Xəstəyə qızdırma əleyhinə dərmanlar verildikdən sonra anafilaktik şok başlayıb. Xəstə anafilaktik şok diaqnozu ilə Reanimasiya şöbəsinə yerləşdirilib. Bütün reanimasyon tədbirlərə baxmayaraq, ölüm faktı qeydə alınıb.

Meyit məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Lənkəran rayon şöbəsinə təhvil verilib.

Əvvəlki məqalə

“Rusiya döyüş meydanında təşəbbüsü ələ keçirib”

Sonrakı məqalə

Almaniya Ukraynaya kömək üçün gəlir vergisini artırmağa çağırıb