Lənkəranda 22 yaşlı qadın hamam otağında ölüb

Lənkəranda bədbəxt hadisə baş verib.

Hadisə rayonun Yuxarı Nüvədi kəndində baş verib.

Kənd sakini, 2002-ci il təvəllüdlü Səkinə Balağa qızı Məmmədova hamam otağında huşsuz vəziyyətdə tapılıb.

S.Məmmədova ağır vəziyyətdə Lənkəran Rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Həkimlər bildirir ki, o, xəstəxanaya gətirilərkən yolda ölüb.

Yaxınları onun epilepsiya xəstəliyinin olduğunu deyirlər.

Meyit aidiyyəti üzrə təhvil verilib. Faktla bağlı araşdırma aparılır(apa).

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.