Lənkəranda 38 yaşlı kişi döyülərək bıçaqlanıb

Lənkəranda bıçaqlanma hadisəsi baş verib.

Hadisə gecə saatlarında qeydə alınıb.

Lənkəran rayonunun Kərgəlan kənd sakini 1986-cı il təvəllüdlü Rahim Vəliəhəd oğlu İbadov ağır vəziyyətdə Lənkəran rayon mərkəzi xəstəxanasının təcili yardım şöbəsinə hospitalizasiya olunub.

Həkimlər ona hər iki çağrı nahiyəsinin kəsilmiş-deşilmiş yarası, alının sol payının sıyrığı diaqnozu qoyublar.

Yaralıya ilkin tibbi yardım göstərilib, vəziyyəti ağır olduğu üçün reanimasiya şöbəsinə yerləşdirilib.

Hadisənin təfərrüatları dəqiqləşdirilir. Faktla bağlı araşdırma aparılır. (APA)

Əvvəlki məqalə

Bu gündən deputatlığa namizədlər irəli sürülə bilər

Sonrakı məqalə

ABŞ Qətərdən İsrail və Hizbullah arasında vasitəçi olmasını istəyib