Lənkəranda ikinci dəfə 4,4 bal gücündə zəlzələ olub

Lənkəranda gün ərzində ikinci dəfə zəlzələ baş verib.

Bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.

Zəlzələlərin Tədqiqatı Bürosunun məlumatına əsasən, rayonda 4,4 bal gücündə zəlzələ qeydə alınıb.

Təbiət hadisəsi yerli vaxtla saat 20:23-də qeydə alınıb, zəlzələ ocağının dərinliyi 13 kilometr olub.

Zəlzələ episentrdə 4, ətraf rayonlarda isə 3 bala qədər hiss edilib.

Afterşoklar davam edir.

Əvvəlki məqalə

Lənkəranda əsas təkandan sonra bir neçə xırda afterşok qeydə alınıb

Sonrakı məqalə

Xankəndidə Əlaqələndirmə Qərargahının iclası keçirilib