Lənkəranın mərkəzi meydanında iki nəfər bıçaqlanıb, vəziyyətləri ağırdır

Lənkəranda bıçaqlanma hadisəsi baş verib.

Aaxşam saatlarında Lənkəran şəhərinin mərkəzi meydanında iki nəfər; Lənkəran rayon sakini 1991-ci il təvəllüdlü Nurlan İbadulla oğlu Nurəliyev və Bakı şəhər sakini 1987-ci il təvəllüdlü Arif Fail oğlu İsmayılov bıçaqlanıb.

 

Hər iki şəxs Lənkəran rayon mərkəzi xəstəxanasının təcili yardım şöbəsinə çatdırılıb. Vəziyyətləri ağır olduğu üçün reanimasiya şöbəsinə yerləşdiriblər.

Hadisənin hansı zəmində baş verdiyi hələ ki, məlum deyil.

Faktla bağlı araşdırma aparılır. (APA)

Əvvəlki məqalə

İsveçrə İtaliyanı məğlub edərək 1/4 finala çıxdı –

Sonrakı məqalə

İranda ikinci tura çıxmış prezidentliyə namizədlər debata çıxacaq