Lənkəranda bir neçə ərazidə elektrik enerjisinin verilişi dayanıb

Lənkəranda güclü külək fəsadlar törədib.

APA-nın yerli bürosunun məlumatına görə, şəhərin Koroğlu küçəsində irigövdəli ağac Nuranə Əliyevaya məxsus evin üstünə aşıb.

Ərazidəki elektirik xətləri qırılıb.

Hazırda şəhərin bir neçə hissəsində elektrik enerjisinin verilişi dayanıb.

Güclü külək hələ də davam edir.

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.