Lənkəranda kanalda meyit tapılıb. APA xəbər verir ki, hadisə iyulun 30-da qeydə alınıb. Yuxarı Nüvədi kənd sakini 1978-ci il təvəllüdlü Mais Abdullayevin meyiti Bəllərbur kəndinin ərazisində kanalda tapılıb. Onun iyulun 26-dan itkin kimi axtarıldığı bildirilir. Meyitin üzərində zorakılıq əlamətləri görünməyib. Araşdırma aparılır.

AzPost.az