Lavrov və Blinken görüşün nəticələrinidən danışıb

20 May 2021 - 10:57

Rusiyanın xarici işlər naziri Sergey Lavrov ABŞ dövlət katibi Entoni Blinkenlə Reykyavikdə apardığı danışıqların konstruktiv keçdiyini bildirib.

RİA “Novosti”nin verdiyi məlumata görə, Rusiya XİN başçısı bildirib tərəflər arasında ötən illərdə Moskva və Vaşinqtonın münasibətlərində əmələ gələn qeyri-sağlam vəziyyəti aradan qaldırmaqla bağlı anlayış mövcuddur.

Nazir Rusiya və ABŞ-da diplomatik missiyaların işi ilə bağlı vəziyyətə də toxunub. O qeyd edib ki, diplomatik nümayəndəliklərin bağlanmasına dair zəncirvarı reaksiya heç kimi razı salmır.

Onun sözlərinə görə, bu qüsurlu zərbələrin dairəsi Prezident Obama tərəfindən, o Ağ Evi tərk edəndə baş verib.

“Mən bizim amerikalı həmkarlarımızda da bu duyğunu hiss etdim. Prezidentlərimizə təkliflər hazırlayacağıq”, – deyə S. Lavrov vurğulayıb.

Rusiya XİN başçısı onu da qeyd edib ki, amerikalı həmkarı ilə bir sıra beynəlxalq məsələləri, o cümlədən Koreya yarımadasındakı və Əfqanıstandakı vəziyyəti, İranın nüvə proqramına dair Hərtərəfli Birgə Fəaliyyət Planının bərpası məsələsini müzakirə ediblər.

ABŞ dövlət katibi Entoni Blinken isə öz növbəsində bildirib ki, mövcud fikir ayrılıqlarına baxmayaraq, Rusiya və ABŞ bir çox istiqamətlərdə əməkdaşlıq edə bilər.

“Əgər ölkə liderləri əməkdaşlıq edəcəklərsə, dünya da təhlükəsiz olacaq. Eyni zamanda, mən bir daha Rusiyanın Ukraynaya, “Azadlıq” radiosu və Aleksey Navalnıya qarşı fəaliyyətinə dair bizim qətiyyətimiz barədə bildirdim”, – deyə ABŞ dövlət katibi əlavə edib.

Qeyd edək ki, Reykyavikdə tərəflər arasında təxminən iki saata yaxın davam edən danışıqlar tərəflərin ilk görüşüdür. Görüş Arktika Şurasının Nazirlər sessiyası çərçivəsində baş tutub.