Lerikdə minik avtomobili dərəyə aşıb.
Hadisə bu səhər Lənkəran – Lerik yolunun 50-ci km-də qeydə alınıb.
Xalid Balaxan oğlu Şəfiyevin idarə etdiyi avtomobil hərəkətdə olarkən yoldan çıxaraq təqribən 500 metr hündürlükdən dərəyə aşıb.
Avtomobildə olan 4 nəfərdən biri hadisə yerində ölüb. Onun İsmayıllı rayon sakini olduğu bildirilir.
İlkin məlumata görə hadisəyə səbəb yolun qarlı və buzlu olduğu göstərilir.
Faktla bağlı araşdırma aparılır. (APA)