Lökbatanda 26 yaşlı gənci qətlə yetirən şəxs saxlanılıb

Martın 6-da saat 00:15 radələrində Qaradağ rayonunun Lökbatan qəsəbəsi ərazisində 1998-ci il təvəllüdlü İlham Haqverdiyevin öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Qaradağ Rayon Prokurorluğundan bildirlib ki, araşdırmalarla 2006-cı il təvəllüdlü Məzahir Bayramovun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı tanışı İlham Haqverdiyevi kəsici-deşici alətlə xəsarət yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Qaradağ rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, Məzahir Bayramov iş üzrə prokurorluğun qərarı əsasında şübhəli şəxs qismində tutulub.

Hazırda ibtidai istintaq davam edir.

Əvvəlki məqalə

Çempionlar Liqasında ilk dörddəbir finalçılar müəyyənləşib

Sonrakı məqalə

Artıq çəkinin səbəbi emosional duyğular ola bilər –