“Məhkəmənin müsadirə ilə bağlı hələ hər hansı qərarı yoxdur. Hazırda məhkəmədə mənim qaldırdığım iddiaya baxılır”.
Azpost.info bildirir ki, bu sözləri Milli Məclisin deputatı Cavanşir Feyziyev əmlakının həbsilə bağlı London məhkəməsinin qərarının şərhinə dair Turan agentliyinin sorğusuna cavab olaraq deyib.
Xatırladaq ki, ötən gün OCCRP (Korrupsiya və Mütəşəkkil Cinayətkarlığın Araşdırılması Mərkəzi) London Ali Məhkəməsinin Cavanşir Feyziyevin və onun qohumlarının 39,5 milyon funt sterlinqdən (50 milyon ABŞ dolları) çox əmlakına həbs qoyması barədə məlumat yayıb.