Lukaşenkoya qarşı hərbi qiyam hazırlayan şəxslər saxlanılıb –

Sui-qəsdin təfərrüatları açıqlanıb
17 Aprel 2021 - 21:57

Moskvada ABŞ və Belarus ikili vətəndaşlığı olan Yuri Zenkoviç və Belarus vətəndaşı Aleksandr Feduta saxlanılıb.

“RİA Novosti” xəbər verir ki, bu barədə Federal Təhlükəsizlik Xidmətinin İctimaiyyətlə əlaqələr mərkəzi məlumat yayıb.

Məlumata görə, həmin şəxslər may ayının 9-da Minskdə hərbi çevriliş etməyi və Belarus Prezidenti Aleksandr Lukaşenkonun fiziki yolla hakimiyyətdən kənarlaşdırılmasını planlaşdırırmışlar.