Məhsullara qida təhlükəsizliyi sertifikatının verilməsi yalnız AQTİS vasitəsilə qəbul ediləcək
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) qida məhsulları idxal edən sahibkarlıq subyektlərinə müraciət edib.
AQTA-dan APA-ya verilən məlumata görə, Agentlik tərəfindən idxal olunan yeyinti məhsullarına, qablaşdırma materiallarına və qida ilə təmasda olan məhsullara qida təhlükəsizliyi sertifikatının verilməsi 1 iyun 2020-ci il tarixindən yalnız Avtomatlaşdırılmış Qida Təhlükəsizliyi İnformasiya Sistemi (AQTİS) vasitəsilə qəbul ediləcək. Artıq Agentlik bununla bağlı əksər sahibkarlıq subyektləri ilə videotəlimlər keçirib.
Eyni zamanda, videotəlimlərdə iştirak etməyən sahibkarlıq subyektlərinə həmin təlimlərin videoyazısı elektron formada göndərilib.
Qeyd edək ki, sahibkarlıq subyektləri birbaşa iş yerlərindən AQTİS vasitəsilə Agentliyə müraciət edərək qida təhlükəsizliyi sertifikatlarını şəxsi kabinetlərindən elektron qaydada əldə edəcəklər.
Əlaqəli xəbərlər
-
Dəmir yolu tikən şirkət Neftçalada balıq zavodu aldı - 10 milyon manat yatıracaq, sahibi kimdir?
-
Türkiyə Rusiyadan daha 3 il qaz alacaq – Yeni razılaşma imzalandı
-
Şirkətin pullarını oğurlayıb “TikTok”da hədiyyələrə xərclədi - Həbs olundu
-
Əmlak bazarında 30-40%-lik qiymət uçurumu niyə yaranıb? – AQC rəsmisi AÇIQLADI
Növbəti xəbər yüklənir...