Məhkəmə Ələsgər Məmmədli və digərlərinin apellyasiya şikayətini təmin etməyib

“Toplum TV” işi ilə bağlı saxlanılanların apellyasiya şikayətləri üzrə məhkəmə prosesi keçirilib.

Bu gün Bakı Apellyasiya Məhkəməsində keçirilən prosesdə Toplum TV-nin təsisçiləri Ələsgər Məmmədli, Akif Qurbanov və digər şəxslər barəsində seçilmiş həbs-qətimkan tədbiri ilə bağlı qərarlardan verilmiş şikayətlərə baxılıb. Məhkəmə şikayətləri təmin etməyib.

Xatırladaq ki, Toplum TV-nin təsisçiləri Akif Qurbanov, Ələsgər Məmmədli, III Respublika Platformasının qurucu üzvü Ruslan İzzətli və digər şəxslər barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib. Saxlanılan şəxslərə qarşı Cinayət Məcəlləsinin 206.3.2 (qaçaqmalçılıq qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə cinayət işi açılıb.

Toplum TV internet televiziyasının yerləşdiyi ofisdə və daha bir neçə ünvanda Daxili İşlər Nazirliyi əməliyyat keçirib. DİN-in yaydığı məlumatda bildirilib ki, paytaxtın Nərimanov rayonu Y.V.Çəmənzəminli ev 98 B ünvanında yerləşən ofisdə və əlavə digər ünvanlarda bir qrup şəxsin fəaliyyəti ilə bağlı daxil olan məlumat üzrə polis əməkdaşları tərəfindən əməliyyat-axtarış tədbirləri keçirilib.

 

“Toplum TV” işi ilə bağlı saxlanılan III Respublika Platformasının qurucu üzvü Ruslan İzzətlinin barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı məhkəmə qərarından verilən apellyasiya şikayətinə baxılıb.

Bu gün Bakı Apellyasiya Məhkəməsində keçirilən prosesdə həbs-qətimkan tədbiri ilə bağlı qərar qüvvədə saxlanılıb, şikayət təmin edilməyib. (APA)

Əvvəlki məqalə

Rusiya Odessaya raket zərbələri endirdi –

Sonrakı məqalə

“Quru sərhədini yenə 3 aylıq bağlamışam” –