Mədəniyyət nazirinin sabiq müavini əfv edilib

Mədəniyyət nazirinin sabiq müavini Rafiq Bayramov əfv edilib.

Prezident İlham Əliyevin mayın 8-də “Məhkum edilmiş bir sıra şəxslərin Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyi münasibətilə əfv olunması haqqında” Sərəncamında keçmiş nazir müavininin də adı var.

Qeyd edək ki, rəsmi məlumata görə, mədəniyyət nazirinin müavini Bayramov Rafiq Yasin oğlu 2020-ci il may ayında Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən saxlanılıb. O, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 8 il müddətinə azadlıqdan məhrum edilib.

Əvvəlki məqalə

“Ulu Öndər jurnalist əməyini daim yüksək qiymətləndirib”

Sonrakı məqalə

Ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin iki əməkdaşı əfv edilib