“Mədəniyyət Nazirliyində elə işçilər var ki, işlədiyi işdən xəbəri yoxdur” –ADİL KƏRİMLİ

Mədəniyyət Nazirliyində kadrlarla bağlı problemlər var.

Bunu bu gün Milli Məclisin Mədəniyyət komitəsi ilə Mədəniyyət Nazirliyi və Əqli Mülkiyyət Agentliyinin təşkil etdiyi birgə ictimai dinləmələr zamanı mədəniyyət nazirinin birinci müavini Adil Kərimli deyib.

Onun sözlərinə görə, elə işçilər var ki, işlədiyi işdən xəbəri yoxdur: “Bunları təkmilləşdirmək üçün hər kəsin dəstəyinə ehtiyac var. Nazirliyin 41 minlik heyəti var, 30 mini bölgələrdə çalışır. Bunlardan 7 faizi mədəniyyət sahəsi üzrə təhsil alıb”.

Əvvəlki məqalə

TƏBİB jurnalist Aygün Əliyevanın vəziyyəti ilə bağlı məlumat yayıb

Sonrakı məqalə

Baş Prokurora yeni köməkçilər təyin edilib