Fransa prezidenti Emmanuel Makron Almaniya kansleri Olaf Şoltsa danışıqlar aparmaq üçün bu gün Berlinə gedəcək.
Azpost.info xəbər verir ki, bu barədə “European Truth” Yelisey sarayına istinadən yazır. Görüş saat 18:00-da baş tutacaq. Tərəflər Ukraynadakı müharibəni və Avropanın suverenliyini müzakirə edəcəklər. Balkan dövlətləri ilə münasibətlər, Avropa İttifaqının Çinlə bağlı siyasəti də müzakirə mövzularuna daxildir.
Azpost.info