Malinin Xarici İşlər Nazirliyi İsveçin Bamakodakı səfiri Kristina Kyuneldən ölkəni tərk etməsini tələb edib.
Azpost.info xəbər verir ki, bu barədə səfirliyin X-də paylaşılan məlumatında deyilir.
“İsveçin Bamakodakı səfiri 2024-cü il avqustun 9-da Xarici İşlər Nazirliyinə çağırılıb. Ona nazir tərəfindən ölkəsinin Beynəlxalq Əməkdaşlıq və Ticarət nazirinin Mali ilə bağlı düşməncəsinə bəyanatı ilə əlaqədar Mali ərazisini 72 saat ərzində tərk etmək zərurəti barədə xəbərdarlıq edilib”, – səfirlik bildirib.
Azpost.info