“Mall”arın və iri ticarət mərkəzlərinin fəaliyyəti bu gündən bərpa olunub

10 İyun 2021 - 00:14

Bu gündən Azərbaycanda iri ticarət mərkəzlərinin və “Mall”arın fəaliyyətinə icazə verilir.

Bu barədə Nazirlər Kabinetinin “Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə” qərarında əks olunub.

Qərara əsasən, iri ticarət mərkəzlərinin nəzdindəki uşaq və digər əyləncə mərkəzlərinin, kinoteatrların fəaliyyətinə icazə verilməyəcək.