MEDİA-nın İcraçı direktoru BSU-da jurnalistika təhsili alan tələbələrlə görüşüb

Medianın İnkişafı Agentliyinin (MEDİA) İcraçı direktoru Əhməd İsmayılovun Bakı Slavyan Universitetinin (BSU) jurnalistika ixtisası üzrə təhsil alan tələbələri ilə görüşü keçirilib.
Tədbirdə Medianın İnkişafı Agentliyinin əməkdaşları, BSU-nun Humanitar və sosial elmlər fakültəsinin dekanı Sevda Axundova, Jurnalistika kafedrasının müdiri, siyasi elmlər doktoru Vüqar Rəhimzadə, universitetin professor-müəllim heyəti və tələbələr iştirak ediblər.
BSU-nun Jurnalistika kafedrasının müdiri Vüqar Rəhimzadə tələbələrin ölkədə həyata keçirilən media islahatlarının gedişi ilə tanış olması baxımından bu görüşün xüsusi əhəmiyyət kəsb etdiyini vurğulayıb.
MEDİA-nın İcraçı direktoru Əhməd İsmayılov Azərbaycan mətbuatının keçdiyi inkişaf yolundan, dövlətimizin medianın inkişafı istiqamətində atdığı addımlardan, dövrün tələblərinə uyğun olaraq aparılan islahatlardan geniş bəhs edib. Əhməd İsmayılov Azərbaycan mediasının ölkəmizdə və dünyada baş verən proseslərin cəmiyyətə daha dolğun şəkildə çatdırılması, cəmiyyətin informasiya tələbatının ödənilməsi istiqamətində göstərdiyi səylərdən, daim yeniliyə, təkmilləşməyə maraq göstərməsindən, müasir dövrün yaratdığı imkanlardan maksimum bəhrələnməsindən danışıb.
O, “Media haqqında” Azərbaycan Respublikası Qanunu bu sahədə hüquqi-normativ bazanın yaradılmasını və jurnalistlərin peşəkarlığının artırılmasını, digər mühüm məqamları özündə ehtiva etdiyini vurğulayıb.
Görüşdə tələbələri maraqlandıran çoxsaylı suallar cavablandırılıb.
Əvvəlki məqalə

Rusiya ABŞ vitse-prezidentinə və Zukerberqə sanksiya tətbiq edib

Sonrakı məqalə

“Lukoyl” şirkətinə yeni rəhbər təyin edilib