Medvedev kimə nifrət etdiyini açıqladı

“Rusiyanın düşmənlərinə nifrət edirəm”.

Azpost.info xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev bildirib.

“Ölkəmizə düşmən hesab etdiyim insanlara nifrət edirəm”, – Medvedev deyib.

O, Rusiyanın təkcə düşmənləri deyil, həm də dostlarının olduğunu qeyd edib.

Medvedevin sözlərinə görə, dünyada belələri çoxdur. O, anqlo-sakson dünyasının siyasi sinfinə aid olmayan hər kəsi bu kateqoriyaya daxil edib.

Azpost.info

Əvvəlki məqalə

“NATO-Rusiya danışıqları qaçılmazdır”

Sonrakı məqalə

Xalq yazıçısı Mövlud Süleymаnlı Şamaxıda dəfn olunub