Mehriban Əliyeva Pasxa bayramı münasibətilə xristian icmasını təbrik edib

01 May 2021 - 11:10

Birinci vitse-prezident Mehriban Əliyeva rəsmi “İnstagram” hesabında Pasxa bayramı münasibətilə Azərbaycandakı xristian icmasına təbrik paylaşımı edilib.

Paylaşımda deyilir:

“Azərbaycanın bütün xristian icmasını Pasxa bayramı münasibətilə səmimi-qəlbdən təbrik edirəm! Sizin hər birinizə möhkəm cansağlığı, tükənməz sevgi, sevinc dolu günlər və xoşbəxt gələcək arzulayıram! Qoy bu mübarək gün hər kəsin qəlbini saf niyyətlər və xoş məramlarla doldursun, hər bir evə xeyir, rahatlıq və rifah, hər bir ölkəyə sülh və əmin-amanlıq gətirsin!”