Messi ərəblərin 400 milyon avrosundan imtina edib, “Barselona”nı gözləyir

Messi “Barselona” ilə bağlı korrupsiya qalmaqalını diqqətlə izləyir. 

Azpost.info bildirir ki, 35 yaşlı Messi  Çempionlar Liqasında oynamaq istəyir və bu səbəbdən Barselona”nın turnirdə iştirak etməsi onun üçün vacibdir. Bu baxımdan o, işin gedişatını diqqətlə izləyir.

Xatırladaq ki, Barselona prokurorluğu kluba və onun keçmiş prezidentləri Xosep Bartomeu və Sandro Roseli İspaniyanın texniki hakimlər komitəsinin keçmiş vitse-prezidenti Xose Mariya Enrikes Neqreiraya rüşvət verməkdə ittiham edib.

İddiaya görə, Neqreira 2001-2018-ci illərdə klubdan 7,3 milyon avro alıb. Klub isə Neqreyranın hazırladığı hakim hesabatları üçün pul ödədiyini bəyan edib.

UEFA-nın bu yay “Barsa”nı cəzalandırmayacağı və məhkəmənin qərarını gözləyəcəyi bildirilirdi. Hazırda Kataloniya prezidenti Joan Laporta və UEFA rəhbəri Aleksander Çeferinin mövqeləri yaxınlaşıb. “Barselona”ya qarşı heç bir cəzanın təyin edilməyəcəyinə dair optimizm var, lakin buna təminat verilmir.

Messi karyerasını Avropada davam etdirmək variantına üstünlük verir. O Səudiyyədən 400 milyon avro təklifinə, “İnter-Mayami”də oynamağa maraq göstərmir.

PSJ Messi ilə müqaviləsini iyunun 30-a qədər uzatmaq istəyir,. “Barselona” isə Leonu geri qaytarmaq istədiyini açıq şəkildə bildirsə də, hələ ki, ona təklif göndərməyib.

Azpost.info

Əvvəlki məqalə

Akif Çovdarovun əmlakları ilə bağlı qərardan verilmiş şikayətə baxılacaq

Sonrakı məqalə

“Rusiya və Çin liderləri Qərbə meydan oxuya biləcək ittifaq yaradıblar”