“Barselona”nın sabiq forvardı Tyeri Anri “PSJ”-ni pis təşkil olunmuş orkestrlə müqayisə edib.
Azpost.info bildirir ki, o bu barədə Amazon Prime-nin efirində deyib.
Anri futbolçu Lionel Messinin “PSJ”-nin və Argenitna yığmasındakı oyunları arasında fərqi ziah edib.
O, Messi, Mbappe və Neymara işarə edərək “üç dirijoru olan orkestrə rəhbərilk etmək asan deyil” deyə bildirib.
“Messi Argentina yığmasında əsas adamdır. Orada onun komanda yoldaşları Messiyə görə ölməyə də hazırdırlar. Messi öz oyununu quran kimi onu saxlamaq olmur. Amma “PSJ”-də hər şey başqa cürdür”-deyə Anri vurğulayıb.
Azpost.info