Milyarder Fərhad Əhmədovun Göyçaydakı bağında axtarış aparılıb

Azərbaycanlı milyarder Fərhad Əhmədovun Göyçay rayonunda yerləşən bağında  axtarış aparılması barədə məlumat yayılıb.

Azpost.info bildirir ki, hökumət dairələrindəki mənbələr Haqqin.az-a bildiriblər ki, Fərhad Əhmədovla bağlı Dövlət Təhlükəsizlik Xidmətində suallar yaranıb.

Saytda bildirilir ki, milyarderin saxlanılması barədə məlumatlar həqiqətə uyğun deyil.

Qeyd edək ki, Fərhad Əhmədov Göyçaydakı “Aznar” şirə zavodunun sahibidir. O, 2022-ci il üçün Rusiyanın “Forbes” siyahısında 1,7 milyard dollar sərvəti ilə 49-cu yeri tutur.

2022-ci ilin aprelində Avropa İttifaqı və Böyük Britaniya oliqarxa qarşı sanksiyalar tətbiq edib.

Əvvəlki məqalə

Azərbaycanda daha 40 nəfər COVID-19-a yoluxub

Sonrakı məqalə

DİN AY Partiya sədrinin ölkədən çıxışına qoyulmuş qadağa ilə bağlı açıqlama yaydı