“Mil-Muğan Mədəni İrsi: İmişli rayonunun arxeoloji Abidələri” layihəsinə start verilib –FOTOLAR

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyələşdirdiyi qrant müqaviləsinə əsasən, “Qayıdış” İctimai Birliyi “Mil-Muğan mədəni irsi: İmişli rayonunun arxeoloji abidələri” adlı layihənin icrasına start verib.

Bu barədə “Qayıdış” İctimai Birliyinin sədri Hasil Tağıyev məlumat verib. Onun sözlərinə görə, layihənin məqsədi İmişli rayonu ərazisində Mil-Muğan mədəni irsinə aid edilən “Qızıltəpə”, “Muxortəpə”, “Qaratəpə”, “Yeddi Kurqan”, “Qalaça yeri” və digər antik və orta əsr dövrlərinin maddi mədəniyyət inciləri olan arxeoloji abidələri öyrənmək, təbliğ edərək tanıtmaq və yetişməkdə olan gənc nəslin maraq dairəsinə salmaqla onları daha çox məlumatlandırmaqdır: “Artıq abidələrin yerləşdiyi məkanlara səfər edilməsi, məlumatların yerində toplanması və fotoşəkillərin çəkilməsi prosesinə başlanıb. Mil-Muğan mədəni irsinə aid edilən İmişli abidələri haqqında elmi əsaslara söykənən şəkilli və rəngli yaddaş kitabçasının Azərbaycan və İngilis dillərində nəşr edilməsi nəzərdə tutulur. Kitabça arxeoloji abidələrimizin təbliğ edilməsində mühüm əhəmiyyətə malik olmaqla bərabər, vətənimizin qədim tarixinin beynəlxalq miqyasda tanıdılmasında və xalqımızın layiq olduğu yüksək antik, tarixi imicinin yaradılmasında əvəzsiz əyani vəsait olacaqdır. Layihənin sentyabr ayında elmi konfransla yekunlaşması nəzərdə tutulub”.

Əvvəlki məqalə

Amerikalılar Mişel Obamanı prezident görmək istəyir –

Sonrakı məqalə

Bakıda sürücülük vəsiqəsi olmayan şəxs piyadanı vuraraq öldürüb