“İnsanlar iqtisadi fəallığa cəlb edilməlidir”.
APA-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsinin müzakirəsi zamanı deputat Bəxtiyar Əliyev deyib.
O bildirib ki, digər tərəfdən bu gün yeni iş yerlərinin açılması və insanlarının işlə təmin edilməsi, onların sosial yardımla təmin olunması məsələsi yenidən nəzərdən keçirilməlidir: “Bu istiqamətdə müvafiq qurumlar öz fəaliyyətində dönüş yaratmalıdır. Eyni zamanda gələcəkdə təhsilin bu şəraitdə səmərəli təşkili üçün yollar araşdırılmalı, TƏBİB Səhiyyə Nazirliyi ilə birlikdə müvafiq qaydalar hazırlamalıdır. Bu, çox vacibdir”