VI çağırış Milli Məclisin üzvlərinə deputat vəsiqələrinin veriləcəyi tarix məlum olub. “Report”un xəbərinə görə, parlamentin martın 13-də keçiriləcək plenar iclasında VI çağırış Milli Məclisin deputatlarına vəsiqələr təqdim olunacaq. Deputat vəsiqələrini parlament üzvlərinə Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov təqdim edəcək.