Mərkəzi Seçki Komissiyası fevralın 9-na təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə iştirak üçün Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının səlahiyyətli və maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndələrinin qeydə alınması haqqında qərar qəbul edib. Azpost.info bildirir ki,   BAXCP səlahiyyətli nümayəndələrinin və maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndənin  qeydə alınması üçün müvafiq sənədləri Mərkəzi Seçki Komissiyasına təqdim edib. Mərkəzi Seçki Komissiyası bununla əlaqədar qanunvericilikdə nəzərdə tutulmuş müddətdə və qaydada müvafiq araşdırma aparıb, təqdim edilmiş şəxslərin qeydə alınması üçün qərar qəbul edib. aşağıdakı şəxslər Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının səlahiyyətli və maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndələri kimi qeydə alınıb: 1.1. Səlahiyyətli nümayəndələr: Əli Zülfüqar oğlu İbrahimov Etibar Oruc oğlu Nəsirov Aydın Məlikməmməd oğlu Əkbərov Yusif Hüseyn oğlu Süleymanov Rauf Qarxun oğlu Mütəllimov Nurəddin Səyyad oğlu Qocayev Nübubət Rəhman qızı Namazova Böyük Ağa Ənvər oğlu Babayev Yeganə Kazım qızı Mehdiyeva 1.2. Maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndə: İlqar Əlixan oğlu Məmmədxanov