Biz bu gün ATƏT Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (DTHİB) müşahidəçiləri ilə ölkəni tərk etdikləri üçün görüş keçirdik.
Bunu Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında MSK sədri Məzahir Pənahov deyib.
MSK sədri missiyanın Azərbaycana təzyiq göstərmək istəyənlərin marağına uyğun açıqlamalarına toxunub: “MSK ancaq seçki ilə məşğuldur. Mən bunu onların diqqətinə çatdırdım. Qeyd etdim ki, biz seçki ilə bağlı sizin konstruktiv fikirlərə diqqətlə yanaşacağıq. Amma ümumi olan fikirlər olub. ATƏT/DTHİB-in seçkilərin keçirilməsini irəli aparan təklifi olsa, biz buna açığıq”.