MTRŞ bəyanat yaydı: "Kabel yayımında Lider TV-nin yeri APA TV-yə verilməyib"
Milli Televiziya və Radio Şurası bəyanat yayıb.
Bəyanatda deyilir: “Bəzi informasiya saytlarında “Lider" TV kanalının kabel yayımının dayandırılması və kabel operatorlarının paketlərində həmin kanalın əvəzinə APA TV kanalının yayımlanacağı barədə məlumatlar yayılıb.
Milli Televiziya və Radio Şurası olaraq bildiririk ki, “Lider TV və Radio-Azərbaycan” MMC-nin müflis elan olunması haqqında məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olmadığından “Lider TV” kanalının lisenziyası qüvvədədir və kanal fəaliyyətini davam etdirir. Açıq yerüstü yayımda olan bütün ümümölkə kanalları kimi “Lider" TV kanalı da bütün kabel operatorları vasitəsilə yayımlanır. Milli Televiziya və Radio Şurasının qərarı olmadan həmin kanalın kabel şəbəkələri vasitəsilə yayımının dayandırılması və həmin kanal əvəzinə APA TV və ya "Baku" TV kimi internet televiziya kanallarının kabel şəbəkəsi vasitəsilə yayımlanması barədə xəbərlər həqiqəti əks etdirmir.
Qeyd olunmalıdır ki, APA TV və "Baku" TV kimi internet televiziya kanalları açıq yerüstü yayımda olmadığından onların kabel operatorlarının paketlərində yayımlanması qadağandır.
İnformasiya saytlarının redaktorlarından xahiş olunur ki, bu kimi məlumatları paylaşmamışdan qabaq televiziya və radio yayımı sahəsində tənzimləyici orqan olan Milli Televiziya və Radio Şurasından dəqiq informasiya əldə etsinlər”.
Əlaqəli xəbərlər
-
Temu-nun ucuz qiymətləri niyə araşdırılır? – Rəqabət Məcəlləsinin 3 maddəsi pozulub / RƏSMİ
-
Pensiyaçının 500 manatı gələn il neçə manat olacaq? - sosial ödənişlər üçün milyardlar ayrılır
-
Yeni iş yerlərinin 84 faizi Bakı və Abşeronda yaradılıb – Regionlarda niyə iş yoxdur? / TƏHLİL
-
Bakıda ev almaq, yoxsa kirayədə qalmaq sərfəlidir? – 6 rayonun qiymətlərini müqayisə etdik / ANALİZ
Növbəti xəbər yüklənir...