Müdafiə Sənayesi Nazirliyinin (MSN) Təhlükəsizlik və Mühafizə Xidmətinin sabiq rəisi Akif Qorçubəyli (Alışanov) dünyasını dəyişib.  MSN-in İnformasiya Texnologiyaları Şöbəsinin müdiri Yaşar İsakov APA-ya xəbəri təsdiqləyib.
Qeyd edək ki, A.Qorçubəyli AzTV-nin sabiq rəhbəri Arif Alışanovun qardaşıdır. Akif Qorçubəyli bir neçə il əvvəl familiyasını dəyişdirib.  O, əvvəllər DİN-in Baş Mühafizə İdarəsi rəisinin şəxsi heyətlə iş üzrə böyük köməkçisi olub.