Musiqi sənəti üzrə qabiliyyət imtahanına dəyişiklik edilib

Keçən ildən fərqli olaraq, 2024/2025-ci tədris ili üçün Musiqi sənəti istiqamətinin bakalavriat səviyyəsinə keçiriləcək qabiliyyət imtahanlarında abituriyentlər öncə ixtisas imtahanlarında iştirak edəcəklər.

Dövlət İmtahan Mərkəzindən verilən xəbərə görə ixtisas imtahanından müsbət qiymət alan abituriyentlər nəzəriyyə fənləri üzrə test imtahanında iştirak etmək hüququ qazanacaqlar.

Qeyd edirik ki, orta ixtisas təhsili müəssisələrinin musiqi sənəti istiqaməti üzrə keçiriləcək qabiliyyət imtahanlarında abituriyentlər yalnız ixtisas imtahanı verirlər.

Əvvəlki məqalə

Azərbaycan sülhü müharibə vasitəsilə təmin etdi və bu lazımınca nəzərdən keçirilməlidir

Sonrakı məqalə

Prezident İlham Əliyev TDT-yə üzv və müşahidəçi dövlətlərin dini rəhbərlərindən ibarət nümayəndə heyətini qəbul edib