“NATO Rusiya sərhədlərində hürür…” –Rusiya səfiri bu sözlərə görə XİN-ə çağırıldı

Rusiyanın Buxarestdəki səfiri Valeri Kuzmin Rumıniya Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.

Azpost.info xəbər verir ki, bu barədə Rumıniya XİN məlumat yayıb. Səfirdən NATO və Rumıniyanın alyansdakı rolu ilə bağlı məqaləyə görə izahat istənilib. “Rusiyanın Buxarestdəki səfirliyinin rəsmi saytında “NATO-nun Rusiya sərhədlərində hürməsi və dünyada əsas dezinformasiya mənbəyi haqqında” sərlövhəli məqalə dərc edilməsi ilə əlaqədar xarici işlər naziri Boqdan Auresku Rusiyanın Buxarestdəki səfiri Valeri Kuzmini Xarici İşlər Nazirliyinin qərargahına çağırmağı tapşırıb.

11 may 2022-ci ildə Rusiya səfiri Strateji Məsələlər üzrə Dövlət Katibi Yulian Fotoyla ilə görüşüb. Dövlət katibi səfirin NATO və Rumıniya ilə bağlı açıqlamalarından, xüsusən də “NATO-nun Rusiya sərhədlərində hürməsi” ilə bağlı sözlərindən narazılığını bildirib”, – məlumatda deyilir.

Azpost.info

Əvvəlki məqalə

Azərbaycan, Rusiya və Ermənistan XİN rəhbərlərinin görüşü başlayıb

Sonrakı məqalə

Dünyanın ən çox qazanan idmançıları –