Naxçıvan Qarnizonu Qoşunlarında təlim keçirilib

01 May 2021 - 15:03

Naxçıvan Qarnizonu Qoşunlarında qərargahların və şəxsi heyətin  döyüş bacarığının təkmilləşdirilməsi istiqamətində keçirilən təlimlər davam edir. “Naxçıvan Qarnizonu Qoşunlarının 2021-ci tədris ilinə uzlaşma planı”na əsasən növbəti komanda-qərargah təlimi keçirilib.

Müdafiə Nazirliyindən verilən məlumata görə, komanda-qərargah təlimində Naxçıvan Qarnizonu Qoşunları müxtəlif döyüşə hazırolma dərəcələrinə gətirilib, birləşmə və hissələr “Həyəcan” siqnalı ilə qaldırılaraq təlim rayonuna çıxarılıb. Qoşunların cəmləşmə rayonlarında yerləşməsi və müxtəlif dərəcəli döyüşə hazırolma vəziyyətinə gətirilməsi zamanı şəxsi heyətin tapşırıqları operativ yerinə yetirməsi məşq etdirilib.

Qərargahlar tərəfindən Vətən müharibəsində qazanılan təcrübələrə uyğun hesablamalar aparılıb, qəbul olunan qərarlar üzrə prakitiki fəaliyyətlərə cəlb edilən qüvvələr döyüş atışlarını icra ediblər.