Naxçıvan Muxtar Respublikası Qaz İstismar Xidmətində yoxlamalar aparılır.
Yoxlama Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarət İdarəsi tərəfindən aparılır. Yoxlamanın məqsədi 2021-ci ilin yanvar ayından 2023-cü il dekabr ayının 31-i tarixinədək olan dövrlərin maliyyə təsərrüfat fəaliyyətinin təftişidir.
Naxçıvan MR Qaz İstismar Xidməti məlumatı APA-ya təsdiq edib.