Naxçıvan Şəhər İcra Hakimiyyəti Nərimanovun heykəli ilə bağlı açıqlama yaydı

Nəriman Nərimanovun Naxçıvan şəhərindəki büstünün sökülməsi ilə bağlı xəbər həqiqəti əks etdirmir.

Bu barədə Naxçıvan Şəhər İcra Hakimiyyətinin yaydığı rəsmi açıqlama bildirilib. Həmin açıqlamada deyilir:

“Son günlər bir sıra informasiya portallarında və sosial media hesablarında Azərbaycanın görkəmli yazıçısı və dövlət xadimi Nəriman Nərimanovun Naxçıvan şəhərində yerləşən büstünün sökülməsi ilə bağlı həqiqəti əks etdirməyən informasiyalar yayılıb.

Bildiririk ki, dövlət qurumları ilə hər hansı dəqiqləşdirmə aparmadan, məsələnin mahiyyətini öyrənmədən və nəticələrini düşünmədən, ən əsası isə yaranmış vəziyyətdən sui-istifadə edərək ajiotaj yaratmaq məqsədilə tirajlanan bu cür informasiyalar qeyri-peşəkarlıq əlaməti olmaqla yanaşı, həm də media etikası baxımından yolverilməzdir və qanunvericiliklə nəzərdə tutulmuş məsuliyyət  yaradır…

Diqqətə çatdırırıq ki, aparılan təmir-tikinti işləri ilə bağlı Nəriman Nərimanovun Naxçıvan şəhərinin Nizami küçəsindəki Böyük bağ adlanan ərazidə yerləşən büstü müvəqqəti götürülmüşdür. Yaxın günlərdə işlər başa çatdıqdan sonra büst yenidən həmin əraziyə qoyulacaqdır.

Hər kəs tarixini də, ədiblərini də, ictimai-siyasi və dövlət xadimlərini də yaxşı tanıyır”.

Əvvəlki məqalə

ABŞ səfiri Kılıcdaroğlu ilə görüşdü, Ərdoğan sərt reaksiya verdi –

Sonrakı məqalə

Daha iki siyasi partiya birləşmək haqqında qərar verdi –