Naxçıvanda 2 tələbə göldə boğularaq ölüb

Naxçıvan şəhərində iki nəfər göldə boğularaq ölüb.

Hadisə dünən gecə saatlarında baş verib.

Astara rayonu Pensər kənd sakinləri olan 2005-ci il təvəllüdlü Fəttah Zəkəriyəyev və 2006-cı il təvəllüdlü Əli Mehrəliyev gecə saatlarında Naxçıvan şəhərində yerləşən “Bazar gölü”nə düşüb və boğulublar.

Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin əməkdaşları meyitləri sudan çıxarıblar.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, hər iki gəncin Naxçıvanda təhsil aldıqları bildirilir. Onlar Naxçıvan Dövlət Universitetinin tələbələri olub.

Əvvəlki məqalə

Şuşa – “İslam dünyasının mədəniyyət paytaxtı”nın açılış mərasimi keçiriləcək

Sonrakı məqalə

İyunun sonunadək Şuşada “ASAN xidmət” mərkəzi açılacaq