Naxçıvan-Şahbuz magistralında baş verən ağır yol-nəqliyyat hadisəsində 3 nəfər ölüb.
Hadisə Vayxır kəndi ərazisində baş verib. Yağışlı havada “Niva” markalı avtomobillə “Santafe” markalı avtomobil toqquşub və nəticədə, “Niva”da olan Əliyeva Zərifə İbrahim qızı, Əhmədov Məhəmməd Mehdixan oğlu və Əliyev Mütəllim Xanış oğlu ölüb. Əhmədov Pərvin Məhəmməd oğlu isə ağır bədən xəsarətləri alıb. “Santafe”də olan sərnişinlər – Mahmudov Qüdrət Mehdi oğlu, Mahmudov Qəşəm Əbülfəz oğlu və Mahmudov Seyfəli Mehdi oğlu ağır yaralanıb.
Yaralılar Naxçıvan Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdiriliblər, vəziyyətlərinin ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.