Nazarbayevin qardaşı xəstəxanada ağır vəziyyətdədir

Qazaxıstanın birinci prezidenti Nursultan Nazarbayevin kiçik qardaşı Bolat Nazarbayev xəstəxanada ağır vəziyyətdədir.

Azpost.info xəbər verir ki, eks-prezidentin qardaşı pnevmoniya və trombozla ağırlaşan xərçənglə mübarizə aparır.

“Bolat Nazarbayevin vəziyyəti son dərəcə ağırdır, şəkər xəstəliyi vəziyyəti daha da ağırlaşdırır”, – yerli mətbuatda yayılan məlumatda deyilir.

B.Nazarbayev əvvəllər Almaniya və İtaliyada müalicə olunub. 2021-ci ilin sonunda Qazaxıstana aparılıb.

Azpost.info

Əvvəlki məqalə

Şamaxıda traktordakı yanğın meşə ərazisinə keçib

Sonrakı məqalə

Co Bayden koronavirusa tutulub