Beyləqan Rayon Məhkəməsinin hakimi Nəsrullah Əliyev vəfat edib. Azpost.info bildirir ki, bu barədə mərhumun ailəsindən APA-ya bildirilib. N. Əliyev bu gün səhər Mərkəzi Klinik Xəstəxanada vəfat edib. Unikal.org-un məlumatına görə, 2016-cı ildə ədliyyə naziri Fikrət Məmmədov hakimlər barədə intizam icraatlarına baxılaraq fəaliyyətlərində ciddi qanun pozuntularına görə Beyləqan Rayon Məhkəməsinin sədri Maşalla Şirvanova və həmin məhkəmənin hakimi Nəsrullah Əliyevə töhmət vermişdi.