Nazirlər Kabinetinin 300 dollarlıq limit qərarı qüvvəyə minib

Nazirlər Kabinetinin “Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş Qaydaları”na dəyişikliklərlə bağlı 305 saylı qərarı qüvvəyə minib.

Bu dəyişikliyə əsasən, vətəndaşın şəxsi məqsədlər üçün bir ay ərzində xaricdən poçt vasitəsilə sifariş etdiyi bağlamanın dəyəri 300 dollarlıq limiti keçməməlidir.

Bağlamanın dəyəri 300 dollardan artıq olanda isə gömrük rüsumları tətbiq olunacaq. İndiyə kimi isə bu limit 1000 dollar idi.

Yeni qaydalara ayda bir dəfə olmaq şərtinin əlavə edilməsi ilə vətəndaş bu imkanlarını məhdudlaşdırır. Dolayısı ilə siz 300 ABŞ dolları deyil, bir sifariş zamanı 50 və ya 100 dollar dəyərində gətiribsinizsə, bu zaman siz artıq həmin təqvim ayı üçün sizə ayrılmış 300 dollarlıq limitdən istifadə etmiş hesab olunursunuz. Belə olanda siz növbəti güzəştli limitdən istifadə etmə üçün 30 gün gözləməlisiniz.

Nazirlər Kabinetinin bu qərarı ölkədə ciddi narazılıqla qarşılanıb. Qərar bu gündən qüvvəyə minib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

İngiltərə Premyer Liqası:

Sonrakı məqalə

Sərhədçi general Qazaxda əsgərlərə hərbi salam verən uşaqla görüşdü –