Neft Fondunun qızıl gəlirləri kəskin artıb

Ötən il Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) effektiv faiz dərəcəsi metodu ilə hesablanmış faiz gəlirləri 40 914 min manat təşkil edib ki, bu da 2018-ci il ilə müqayisədə 2,1 dəfə azdır.

Bu barədə “APA-Economics” ARDNF-in 2019-cu il üzrə konsolidasiya edilmiş maliyyə hesabatlarına istinadən xəbər verir.

Hesabata görə, Fondun dividend gəlirləri 46,4% artaraq 390 334 min manata, qızıl külçələr üzrə xalis gəliri isə 36,8 dəfə artaraq 1 194 590 min manata çatıb. Fondun xarici valyuta əməliyyatları üzrə məzənnə fərqindən xalis zərəri 2,7 dəfə azalaraq 524 267 min manata enib.

Bundan əlavə, ARDNF-in icarə gəlirləri 8,2 dəfə azalaraq 32 937 təşkil edib. Beləliklə, hesabat dövründə Fondun cəmi əməliyyat gəlirləri 4 443 032 min manat təşkil edib. Qeyd edək ki, 2018-ci ildə ARNDF-in cəmi əməliyyat zərəri 703 358 min manata bərabər idi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Seulun itkin düşmüş merinin meyiti tapılıb

Sonrakı məqalə

4 Peşə Təhsil Mərkəzi publik hüquqi şəxs statusu aldı