Neft Fondunun xərcləri artırılır

Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) gəlirləri cari ilin təsdiq edilmiş proqnozu ilə müqayisədə 5 041,5 mln manat  və ya 40,7% az nəzərdə tutulur.

“Report” bu barədə ARDNF-nin 2020-ci il üzrə yenidən baxılmış büdcəsi layihəsinə istinadən xəbər verir.

Fondun xərcləri isə cari ilin təsdiq edilmiş proqnozu ilə müqayisədə 850 mln manat və ya 7,4% çoxdur.

Beləliklə, ARDNF-nin xərcləri 12 410,0 mln manat, gəlirləri 7 342,6 mln manat nəzərdə tutulur.Fondun büdcəsində 5 067,4 mln manat defisit yaranacaq.

Fondun xərclərində artım büdcəyə transfertlərin artması ilə bağlıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Qəmbər Hüseynli “Cücələrim”ə görə tutulmayıb” –

Sonrakı məqalə

Saakaşvilinin partiyası Marneulidən deputatlığa namizədi ilə bağlı qərar verib